Modern.az

Koreya liderinin dayısını pulemyotla güllələyiblər - FOTO

Koreya liderinin dayısını pulemyotla güllələyiblər - FOTO

14 Dekabr 2013, 11:45

Qərb kütləvi informasiya vasitələri Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın dayısı Çan Son Txekanın necə edam edildiyini dəqiqləşdirib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, hərbi məhkəmənin dövlətə xəyanətdə təqsirkar bildiyi Koreya liderinin dayısını pulemyotla gülləyiblər.

Məlumatda qeyd edilir ki, bu, KXRD-də ənənəvi edam üsullarından biridir və Şimali Koreya vətəndaşlarını demək olar ki,   pulemyotla güllələyirlər. Hansı pulemyotdan istifadə edildiyi açıqlanmır. Cənubi Koreyanın hakim partiyasının nümayəndəsi Seo Sanq Ki bəyan edib ki, məhz ötən həftə Çan Son Txekanın iki silahdaşı da güllələnib. Şimali Koreyada “ikinci adam” sayılan və Kim Çen Irın bacısı ilə evli olan Çan Son Txekin vəzifədən kənarlaşdırılması haqda məlumat dekabrın əvvəllərində yayılıb. İndiki Şimali Koreya liderinin dayısını korrupsiya fəaliyyəti ilə hakim Koreya Əmək Partiyasının nüfuzuna xələl yetirməkdə təqsirli bilinərək KXDR-in ali hərbi orqanı sayılan Milli müdafiə komissiyasının sədr müavini vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, üç ay əvvəl Kim Çen Inın göstərişi ilə keçmiş sevgilisi, müğənni Xyon Son pulemyotla güllələnib. Onunla birlikdə “Süd yolu” müğənninin çıxış etdiyi orkestrinin musiqiçiləri də edam olunublar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi