Modern.az

Tərtər Regional Peşə Təlimi Mərkəzində dərslər başlanıb

Tərtər Regional Peşə Təlimi Mərkəzində dərslər  başlanıb

11 May 2010, 12:56

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Tərtər rayonunda müharibədən zərər çəkən insanlar, mina qurbanları və onların ailə üzvləri, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlər üçün inşa edilib istifadəyə verilən Regional Peşə Təlimi Mərkəzində artıq təlimlərə başlanıb.

BAMF-dan Modern.az-a verilən məlumata görə, 8 ay davam edəcək kursun birinci mərhələsində (4 ay) təlimlərə dörd istiqamət (tingçiliyin inkişafı, çərəkbişirmənin texnologiyası, xalçaçılıq və kompüter bacarıqlarının inkişafı) üzrə 32 nəfər (hər peşə üzrə 8 nəfər) cəlb edilib. Müdavimlərə bu müddət ərzində Azərbaycanda tingçiliyin və meyvəçiliyin inkişafı yolları, meyvəçilikdə regional xüsusiyyətləri, çalaq işlərini, ayrı-ayrı meyvə ağacı növlərinin əkilməsi, çoxaldılması və yetişdirilməsinin aqrotexniki üsulları öyrədiləcək. Müharibədən zərər çəkənlərin və mina qurbanlarının ailə üzvlərindən bir qismi çörəkbişirmə və xalçaçılıq peşələrinə yiyələnməyə üstünlük verib. Kompüter bacarıqlarının inkişafı kursuna əsasən mina qurbanlarının övladları cəlb olunublar.

Təlimlər peşəkar mütəxəssislər tərəfindən BMT-nin Beynəlxalq Əmək Təşkilatının müəyyən etdiyi standartlara uyğun hazırlanmış proqram əsasında aparılır. Hər cür müasir təlim avadanlıqları ilə təchiz olunmuş Tərtər Regional Peşə Təlimi Mərkəzi dərslərin keyfiyyətinə əlverişli zəmin yaradır. Burada yaradılmış kitabxana da müdavimlərin ixtiyarına verilib.

Hər dörd peşə üzrə nəzəri məşğələlərlə yanaşı praktik işlərin təşkili məsələləri də həll olunub. BAMF tingçilik üzrə praktik məşğələlərin aparılması üçün torpaq sahəsi əldə edib, xalçaçılıq sexi açıb və digər peşələr üzrə də praktik işlərin görülməsi üçün hazırlıq görüb.

Peşələrə  yiyələnəcək mina qurbanları və onların ailə üzvlərinin işlə təmin olunması məsələsi də BAMF rəhbərliyinin diqqət mərkəzindədir.

Tərtər Regional Peşə Təlimi Mərkəzində təlimlərə başlanması  münasibətilə BAMF-ın sədri, həyata keçirilən layihənin rəhbəri Umud Mirzəyev müdavimləri təbrik edib və onlara uğurlar diləyib.

 M

odern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi