Modern.az

Xalq öz liderinə ehtiramını Prezidentin yanında olmaqla ifadə edir

Xalq öz liderinə ehtiramını Prezidentin yanında olmaqla ifadə edir

Aktual

15 Oktyabr 2024, 10:32

Vətənə, xalqa, dövlətə və dövlətçiliyimizə misilsiz xidmətlər göstərən və Azərbaycan dövlətinə tarixinin ən şərəfli dövrünü yaşadan cənab İlham Əliyevin bu gün Prezident seçilməsinin 21-ci ildönümüdür.

Düz 21 il öncə, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı öz düzgün seçimini etdi, Ümummilli Lider  Heydər Əliyevin müraciətinə dəyər verərək Azərbaycanın gələcəyinin memarına səs verdi. 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi etika nümunəsi təqdim etdi. Özünün yüksək idarəçilik məharəti və milli maraqlara söykənən müdrik daxili və xarici siyasəti ilə dünya liderləri arasında yüksək nüfuz, etimad qazandı.

Ölkəyə rəhbərlik etdiyi bu illər ərzində Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması! Və Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olaraq Azərbaycanı bütün dünyada qalib ölkə olaraq tanıtdı. Dövlətimizin başçısının fəaliyyətini yüksək dəyərləndirən Azərbaycan xalqı isə özünün Liderinə hörmət və ehtiramını cənab Prezidentin yanında olmaqla ifadə edir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır