Modern.az

Hakan Şükür iqtidar partiyasından istefa verib

Hakan Şükür iqtidar partiyasından istefa verib

17 Dekabr 2013, 00:11

Türkiyənin məşhur futbolçusu, hakim AKP-dən millət vəkili seçilmiş Hakan Şükür partiyadan istefa verib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Hakan Şükür bundan sonra bitərəf deputat kimi fəaliyyət göstərmək istədiyini bəyan edib.

Hakan Şükür AKP-dən istefasını dərshanələrin (hazırlıq kurslarının) bağlanması ilə izah edib.

Keçmiş futbolçu nurçu kəsimin lideri Fətullah Gülənin AKP hakimiyyəti tərəfindən incik salınmasından danışaraq, bunu pisləyib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?