Modern.az

Modern.az-ın sorğusu: şəxsiyyət vəsiqəsində milliyət yazılmalıdırmı?

Modern.az-ın sorğusu: şəxsiyyət vəsiqəsində milliyət yazılmalıdırmı?

11 May 2010, 14:20

Bir neçə il öncə Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılarkən bu sənəddə “milliyət” qrafası öz əksini tapmadı. Bu isə bəzi narazılıqlara səbəb oldu. Bir sıra millət vəkilləri, ziyalılar, adi vətəndaşlar vaxtilə Sovet pasportlarda olduğu kimi, şəxsiyyət vəsiqələrində də “milliyyət” qrafasının göstərilməsinin vacibliyini vurğulayırlar. Milli Məclisin mayın 11-də keçirilən iclasında da deputatlar arasında bu məsələyə dair mübahisələr yaşanıb. Millət vəkilləri Baba Tağıyev, Aydın Həsənov, İkram İsrafil, Eldar İbrahimov şəxsiyyəti təsdiq edən sənəddə vətəndaşın milli mənsubiyyətinin göstərilməsinin vacibliyini önə çəkiblər. Mübariz Qurbanlı, Bahar Muradova, Əli Hüseynov, Zahid Oruc isə sözügedən sənəddə milli kimliyin yazılmasının əleyhdarları kimi çıxış ediblər. Modern.az məsələ ilə bağlı oxucuların da fikirlərini öyrənmək istəyir. Sizcə şəxsiyyət vəsiqəsində milli kimlik yazılmalıdırmı? Bunun üçün sizi saytımızda keçirilən sorğu bölməsindəki cavablardan birinə səs verməyə çağırırıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi