Arxiv
17 Dekabr 2013, 09:53 | AKTUAL
Türkiyə Qarabağdan uzaqlaşdırılır - TƏHLİL

2009-cu ildə ABŞ, Rusiya, Frans, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında sənəd imzalandı. Tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirir. Ancaq bu vaxta qədər nə Ermənistan, nə də Türkiyə parlamenti sənədi ratifikasiya edib. Bu sənədin imzalanması Türkiyə və Ermənistan, o cümlədən Azərbaycan üçün yeni siyasi mərhələ hesab olunurdu. Yeni tarixi başlanğıcın startı sayılan Sürix protokolları Türkiyə və Ermənistan sərhədlərinin açılması fonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məsələsini də gündəmə gətirirdi. Türkiyənin Ərdoğan hökuməti isə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər Dağlıq Qarabağ problemi ədalətli həllini tapmadan açıla bilməz. 2013-cü ilin ilk aylarından yəqin ki, Sürix protokollarından qaynaqlanaraq Cənubi Qafqaz regionunda Türkiyənin aktiv siyasətinin prioritetləri sırasında sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli də dururdu.

Rusiya Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşmasına qarşıdır

Bu məqsədlə hətta ABŞ dövlət katibi ilə bir neçə dəfə Dağlıq Qarabağ problemini müzakirəyə edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi Ankaranın təşəbbüslərini ön plana çıxarmaqla məsələnin həlli istiqamətində yeni format axtarışları üzərində düşünmək üçün zəmin yaradırdı. Bir sıra faktorlar səbəbindən Ermənistanla sərhədlərin açılması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünsüz görünür. Bu il Van-İrəvan aviareysinin açılacağı xəbərlərinin gündəmə daşınması deyəsən Türkiyənin Ermənistana isti mesajları idi. Bəzi ekspertlərin qənaətincə, Türkiyə mövcud siyasi durumda yalnız ABŞ-ın maraqlarına cavab verən addımlar atır. Elə buna görədir ki, bəlkə də bölgədə əsas söz sahibi olan Rusiya Türkiyə-Ermənistan sərhədlərinin açılmasında maraqlı deyil. Nəinki maraqlı deyil, hətta açıq şəkildə buna qarşıdır.
Müşahidəçilər hesab edirlər ki, Türkiyə Ermənistan sərhədləri açılarsa, birinci regionda aparıcı güclərdən birinə çevrilər və bu da Kremlin Cənubi Qafqaz maraqları əleyhinə yönələ bilər. Ancaq demək olar ki, Türkiyənin balanslı addımları dünya siyasi qütbləşməsində baş rol ifaçıları Rusiya və ABŞ-ın maraqlarına qismən cavab verir. Təsadüfi deyil ki, Türkiyə və Rusiya arasında illik ticarət dövriyyəsi 40 milyard dollar civarındadır ki, buna rəğmən də Ankaranın rəsmi Moskva ilə münasibətlərini korlaması gözlənilən deyil. Dövlətlərin maraqları baxımından bunu təbii qarşılamaq lazımdır. Türkiyəyə öncə ayaqda olmaq lazımdır. Bu məqamda onu vurğulamaq yerinə düşər ki, Türkiyə müəyyən mənada Qərbin Cənubi Qafqazda maraqlarını müdafiə edə bilər ki, bu da ən yaxşı halda Rusiyanı qıcıqlandıra bilər. İndiki situasiyada isə Rusiya da Türkiyə ilə münasibətlərə xələl gətirməkdə maraqlı deyil. Keçmiş müttəfiqlərini bir-bir əldən verən Rusiya Türkiyə kimi stratej tərəfdaşı niyə də əldən versin...?

Rusiya Cənubi Qafqazda özündən başqa güc görmək istəmir

Məsələnin başqa tərəfi isə odur ki, Rusiya özündən başqa hər hansı bir dövlətin Cənubi Qafqazda əsas oyunçuya çevrilməsini təbii ki, qəbul etməz. Diqqət edək, 2012-ci ildə Rusiyanın xarici siyasət konsepsiyasına imza atan Kreml rəhbəri Vladimir Putin regionda digər oyunçuların fəaliyyətini məhdudlaşdırmaq niyyətində olduğunu gizlətməyib. Bununla da Kreml Qərbin maraqları çərçivəsində Türkiyənin Qarabağla bağlı siyasi təşəbbüslərinə açıq şəkildə qarşı çıxdı. Bu mənada Türkiyənin Qarabağ probleminin həllinə xidmət edəcək kimi qələmə vermək istədiyi Sürix protokollarının da Azərbaycana heç bir xeyir verməyəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ən azı Rusiya faktoru ortadadır. Rusiyadan bir az uzaq olan Suriyada Şimal qonşumuzun dirənişi (Əslində dünyanın super gücləri Suriyadan bir poliqon kimi istifadə etməyə razılaşmış kimi görünürlər-A.K) onu göstərir ki, o Cənubi Qafqazdan da hələ ki, vaz keçəməyəcək. İndi Ermənistanın açıq şəkildə Türkiyəyə qarşı çıxması da bunun tərkib hissəsidir. Bu vaxta qədər Türkiyənin Ermənistana “Azərbaycanın zəbt olunmuş torpaqlarını qaytarmayınca, sizinlə əlaqə qurmayacağıq” kimi mesajlarına Ermənistan sükutla cavab verirdisə, Davudoğlunun İrəvana səfəri zamanı Rusiyanın forpostu əməlli-başlı açıq mövqe bildirdi. Ermənistan XİN rəhbəri Edvard Nalbandyan türk həmkarı ilə görüşdə bəyan etdi ki, Türkiyə münasibətləri normallaşdırmaq istəyirsə, heç bir şərt irəli sürməməlidir.

Dünyanın sahibləri Azərbaycan üçün Dağlıq Qarabağ problemini hələ saxlamaq niyyətindədirlər

Bu əslində Türkiyənin Dağlıq Qarabağla bağlı Ermənistan tərəfinə verdiyi bəyanatlara cavab idi. Qərblə Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsində Ermənistan da təbii olaraq Moskvanın siyasətinə dəstək verir. Beləliklə, Cənubi Qafqazda ABŞ-a güzəştə getmək niyyətində olmayan Rusiyanın addımları Türkiyəni Qarabağdan kənarlaşdırmağı bacardı. Belə olan təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin “həlli”ni monopoliyasına alan ATƏT-in Minsk Qrupundan bundan sonra nəsə gözləmək də sadəlövhlük olar. Görünür, dünyanın sahibləri Azərbaycan üçün Dağlıq Qarabağ problemini hələ saxlamaq niyətindədirlər. Bunun çözümü ilə əlaqədar Türkiyə bir neçə dəfə “ümid qığılcımları” saçmağa çalışsa da, sonucda, nəticə sıfır oldu. Bir müddət öncə Türkiyənin Cənubi Qafqazın əsas münaqişə ocağı olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində “yola çıxması” yeni mərhələ açacağı ümidini yaratsa da, indi hər hansı müsbət irəliləyişdən danışmaq üçün əlimizdə heç bir əsas yoxdur. Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Vyanada görüşü də zənnimizcə, danışıqlara elə də əhəmiyyətli təsir göstərmədi. Bir sözlə, hər nə qədər çətin olsa da, deməliyik ki, Qarabağla bağlı danışıqlar və səylər artıq dalana dirənib. Dünyanın Azərbaycana qarşı ciddi təzyiqlərinə baxmayaraq, ölkə başçısı torpaqlarımızın bir qarışının güzəştə gedilməyəcəyi bəyanatını dəfələrlə səsləndirib, hətta sülh yolu ilə alınmasa, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcəyini bildirib. Bu, Azərbaycan xalqının mövqeyinin, iradəsinin ən düzgün ifadəsidir.

Türkiyə Qarabağ səhnəsindən kənarlaşdırıldı

Politoloq Qabil Hüseynli Modern.az-a məsələləri şərh edərkən bildirib ki, Türkiyə əslində Azərbaycan üçün son ümid yeri də sayılmırdı. Onun sözlərinə görə Türkiyənin təşəbbüsləri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə uyğun gəlmədiyindən onu bu səhnədən kənarlaşdırdılar.
“Buna görə Qərb və Rusiya Türkiyənin fəallığını qəbul etmirdi. Danışıqların dalana dirənməsini isə söyləmək məncə, tezdir. Çünki bu yaxınlarda Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə 5 rayonun qaytarılmasının mexanizmləri haqqında ümumi razılıq əldə olunub. Proseslər davam edir. Ancaq onu da demək olmaz ki, 5 rayonun qaytarılması ilə bağlı məsələlər uğurla nəticələnə bilər. Güman edirəm ki, prezidentlərin növbəti görüşü bu mərhələ yeni stimul qazana bilər”-deyə analitik şərh edib.

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov daha iki kənddə seçicilərlə görüşdü - FOTOLAR 29 Yanvar 2020, 00:51 Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO 29 Yanvar 2020, 00:18 Yamayka sahillərində 7,3 bal gücündə zəlzələ oldu 29 Yanvar 2020, 00:01 Qarabağ kanalında batan var - YENİLƏNİB 28 Yanvar 2020, 23:53  “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” - Vüqar Bayramov 28 Yanvar 2020, 23:45 Koronavirusun yaranma səbəbi: 3 ehtimal 28 Yanvar 2020, 23:27 Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR 28 Yanvar 2020, 23:11 Elmar Məmmədyarov həmsədrlərlə Qarabağ  problemini müzakirə etdi 28 Yanvar 2020, 22:47 İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR 28 Yanvar 2020, 22:32 ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir 28 Yanvar 2020, 22:12 Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR 28 Yanvar 2020, 21:53 Zəlzələ Yunanıstanı da silkələdi 28 Yanvar 2020, 21:34 Bu dəfə yanğınsöndürənlər ayağa qalxdı 28 Yanvar 2020, 21:17 DYP Bakıda dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO 28 Yanvar 2020, 20:59 Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR 28 Yanvar 2020, 20:41 Türkiyədə yenidən zəlzələ oldu: əhali küçələrdə 28 Yanvar 2020, 20:26 Pakistanda güclü partlayış - VİDEO 28 Yanvar 2020, 20:07 Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB? 28 Yanvar 2020, 20:00 Ukraynadan Çinə uçuşlar dayandırılır 28 Yanvar 2020, 19:56 Saxta qulaqcıqların təhlükəsi məlum oldu 28 Yanvar 2020, 19:50 Azərbaycanda tələbələr nə qədər təqaüd alır? 28 Yanvar 2020, 19:42 Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə edilən şikayətlərdən danışdı 28 Yanvar 2020, 19:33 Deputat və həyat yoldaşı öldürüldü 28 Yanvar 2020, 19:26 Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı - FOTO 28 Yanvar 2020, 19:19 Masallıda yeni çay plantasiyaları salınıb 28 Yanvar 2020, 19:11 Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO 28 Yanvar 2020, 19:03 Mərkəzi xəstəxanalarda növbəni tənzimləyən terminallar quraşdırıldı 28 Yanvar 2020, 19:00 Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO 28 Yanvar 2020, 18:58 Polis zabitindən nümunəvi ADDIM 28 Yanvar 2020, 18:53 Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 28 Yanvar 2020, 18:39 İDEA daha bir həyəti abadlaşdırdı - VİDEO 28 Yanvar 2020, 18:30 Cavanşir Paşazadə 6 kəndin sakinləri ilə görüşdü - FOTO 28 Yanvar 2020, 18:25 Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu 28 Yanvar 2020, 18:17 Dünya çempionları Ülvi Quliyevi dəstəkləyir - VİDEO 28 Yanvar 2020, 18:09 Musa Quliyevin Gəncədə izdihamlı görüşü - FOTO 28 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?