Modern.az

TƏBİB-in 2 təcili yardım helikopteri var

TƏBİB-in 2 təcili yardım helikopteri var

Aktual

17 Oktyabr 2024, 12:58

“TƏBİB-in tabeliyində 2 təcili tibbi yardım helikopteri var. AZAL-la müqaviləmizə uyğun olaraq onlar Heydər Əliyev adına hava limanında saxlanılır”.

Modern.az xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, lazım olduqda onlardan istifadə edilir: “Biz helikopterdən Vətən müharibəsi dövründə yaralıların daşınması üçün istifadə etmişik. Rayonlardan Bakıya helikopterlə çatdırılma yol infrastrukturunun yaxşı olmasını nəzərə alsaq, vaxt baxımından digər nəqliyyat vasitələrilə çatdırılma ilə eynidir. Ona görə də buna çox ehtiyac olmayıb. Ehtiyac olarsa, daim istifadə edə bilərik. Helikopter sayı optimal saydır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır