Modern.az

Müxalifətin telekanalı bağlandı

Müxalifətin telekanalı bağlandı

17 Dekabr 2013, 13:16

Banqladeş hökuməti müxalif televiziya kanalı olan "İslamic tv" n i bağlayıb.

Modern. az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, mərkəzi paytaxt Dəkkədə olan və 24 saat yayınlanan "Islamic TV" Camaatı İslaminin kanalı və müxalifətin səsi kimi tanınırdı.

Banqladeşin 1971-ci ildə Pakistana qarşı apardığı müstəqillik mübarizəsi əsnasında işlənən cinayətlərin araşdırılması üçün Banqladeş hökuməti tərəfindən qurulan Beynəlxalq Döyüş Cinayətləri Məhkəməsində mühakimə olunan Mollaya verilən ömür boyu həbs cəzası, apelyasiya məhkəməsində edama çevrilmişdi. Banqladeşin İslam dəyərlərini müdafiə edən ən böyük partiyası olan Camaatı İslaminin ümumi katibinin köməkçisi olan Molla ittihamları rədd etmiş və hökumətin mühakimə təşkilatı vasitəsilə müxalifləri həzm etməyə çalışdığını vurğulamışdı.

Müxalifətdəki Camaatı İslami hökumətin gələcək il keçiriləcək seçkilər üçün mühakiməni siyasətə alət etdiyini, ictimai ayrılığa səbəb olduğunu və mühakimə etmənin beynəlxalq hüquq standartlarına heç bir şəkildə uyğun olmadığına diqqəti çəkib.

Mollanın edamından sonra Camaatı İslami tərəfdarları ölkə daxilində etirazlara başlayıb, polis nümayişçilərə qarşı zaman-zaman həddindən artıq güc istifadə edib, hadisələrdə ölən və yaralananlar olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub