Modern.az

2,7 milyard dollar sərvəti olan iş adamı niyə saxlanılıb?

2,7 milyard dollar sərvəti olan iş adamı niyə saxlanılıb?

17 Dekabr 2013, 16:32


İstanbulda bu gün səhər keçirilən əməliyyat zamanı nəzarət altına alınan adlar arasında olan Əli Ağaoğlunun vəkili Adnan Uğur Qılınc müvəkkilinin nədə günahlandırıldığını bilmədiklərini söyləyib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, 15 nəfərlik polis qrupu bu səhər şirkətin mərkəzi ofisinə gəliblər:

"Mən də oradaydım. Apardıqları axtarışdan sonra protokol tutub getdilər. Hər hansı bir cinayət əməlinə rast gəlinməyib. Əli bəyin niyə aparıldığını bilmirik. Görünən ilə gerçək olan fərq buradadır. Ortada bir döyüş var. Bəzən bəzilərini şou yaratmaq üçün götürürlər. Nədə günahlandırıldığımızı belə bilmirik. Bu mərhələdə nə söyləsək səhv olar".

Türkiyənin ən tanınmış iş adamları sırasında olan Əli Ağaoğlu “Forbes” jurnalına görə, 2,7 milyard dollarlıq sərvəti ilə Türkiyənin ən zəngin 8-çı adamıdır. 1954-cü ildə Trabzonda doğulan Ağaoğlu 1975-ci ildən etibarən atasının işlərini boynuna götürüb. 1980-cı illərin əvvəlindən etibarən toplu iqamətgah proyektlərinə girişən Ağaoğlunun 25-dən çox şirkəti var.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı