Modern.az

Lənkəranda evdən 8800 manat pul və qızıl oğurlandı

Lənkəranda evdən 8800 manat pul və qızıl oğurlandı

Aktual

22 Oktyabr 2024, 10:34

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən ümumilikdə 8800 manat nağd pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş 27 yaşlı İsmayıl Cəfərli saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a  verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin digər qanunsuz əməlləri də aşkar olunub.

Belə ki, İ.Cəfərlinin ayrı-ayrı vaxtlarda Lənkəran rayonu ərazisində daha 3 evdən pul və qiymətli əşyalar oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə