Modern.az

İrəvan COP29 üçün Bakıya nümayəndə göndərəcək? - AÇIQLAMA

İrəvan COP29 üçün Bakıya nümayəndə göndərəcək? - AÇIQLAMA

Aktual

22 Oktyabr 2024, 12:00

Bakıda keçiriləcək COP29 tədbirində iştirakımızla bağlı hələ ki heç bir qərar yoxdur.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

O deyib ki, hakimiyyət COP29-a gedib-getməməyi müzakirə edir:

“Biz başa düşməliyik ki, niyə gedirik, hansı səviyyədə iştirak edirik, bu, Ermənistana nə verəcək”.

Simonyan əlavə edib ki, COP29-a dəvət və orada iştirak Azərbaycanın tədbiri və monopoliyası deyil, BMT-nin tədbiridir.

“Müzakirə edəcəyik, dövlətimizə lazım olub-olmadığını anlayacağıq, olmasa, getməyəcəyik”, - Simonyan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə