Modern.az

Putin Paşinyanla görüşəcək

Putin Paşinyanla görüşəcək

Aktual

22 Oktyabr 2024, 14:04

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Kazanda keçiriləcək BRİCS sammitinə yola düşəcək.

Modern.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Bağdasaryan xatırladıb ki, baş nazirin 22-24 oktyabr tarixlərində keçirləcək sammitdə iştirakı artıq bir ay əvvəl təsdiqlənib.

Ölkə liderləri ilə görüşlərin nəzərdə tutulub-tutulmaması sualına baş nazirin sözçüsü cavab verib. “Bu barədə əlavə məlumat veriləcək”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Nikol Paşinyan BRİCS sammiti çərçivəsində ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə