Modern.az

Putin Ərdoğanı TƏRİFLƏDİ

Putin Ərdoğanı TƏRİFLƏDİ

Aktual

24 Oktyabr 2024, 15:11

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən “Outreach”/“BRICS+” formatının plenar iclasında bildirib ki, ölkəsi BRICS üzvlərilə dialoqu inkişaf etdirmək istəyir.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Ərdoğan Ankaradakı terror aktı ilə bağlı başsağlığı üçün təşəkkür edib və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyib.

Türkiyə prezidenti həmçinin İsrailə silah satışını dayandırmağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin Ərdoğanın müstəqil xarici siyasət yürütdüyünü açıqlayıb.

"Türkiyə sizin rəhbərliyiniz altında müstəqil xarici siyasət aparır və bu, böyük hörmətə səbəb olur", - Rusiya lideri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə