Modern.az

Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında - FOTO

Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında - FOTO

Aktual

26 Oktyabr 2024, 00:46

Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.

 

Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə