Modern.az

Avronun sonu gəldi

Avronun sonu gəldi

Təhsil

12 May 2010, 09:34

Köhnə Dünyanın iqtisadiyyatında baş verən son hadisələr vahid Avropa valyutasının – avronun  gələcək taleyi ilə bağlı daha artıq şübhələr doğurmaqdadr.  Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin avronun perspektvinə dair rəyləri  getdikcə daha qətiyyətli xarakter almaqdadır, Avro məkanının tezliklə dağılacağına dair bəyanatlar  daha tez-tez səslənir.

 

Avro üçün ən pis ssenarinin inkişafı mümkünlüyı İsraildə nəşr olunan “Globes” jurnalında iqtisadçı Mayk Astraxan tərəfindən səsləndirilib. “12 il əvvəl avro məkanının yaradılması barədə qərar qəbul olunanda Avropadan kənarda olan bir çox iqtisadçılar gec-tez bu valyuta blokunun dağılacağını bildirmişdi. Lakin avroməkan uzun müddət tab gətirdi. Nəticədə avroməkanın parçalanması dəyəri dəhşətli dərəcədə böyüdü”,-deyə iqtisadçı bildirib.

Avronun indiki duruma düşməsinə səbəb olan faktorlardan danışan ekspert bunu Avropanın bürokratik  hakimiyyəti ilə  izah edir. Məhz bürokratik sistem Yunanıstan və digər ölkələrdə böhranlı vəziyyətlərin  lokallaşdırılması üzrə çevik qərarlar qəbul etməyə qabil deyil.   Onun sözlərinə görə, Yunanıstanın xilası üzrə fəal əməliyyatlar yalnız Beynəlxalq Valyuta Fondunun müdaxiləsindən və tövsiyə olunmuş sərt iqtisadi rejimin tətbiqinə bu ölkənin razılıq verməsindən sonra başlanılıb.  Məlumatlara görə, artıq İspaniya, Portuqaliya və İrlandiya da Yunanıstanın ardınca iqtisadiyyatlarının xilas olunması üçün yardım istəyir. İspaniya hətta  xilas üçün ona  400 milyard dollor lazım olduğunu deyir.

Yunanıstan faktorundan danışan ekspert qeyd edir ki, bu ölkənin xilası üçün ən optimal variant onun avro zonanı tərk etməsi və öz milli valyutasına qayıtması olardı. Bu yolla Yunanıstan devalvasiya apara, faiz dərəcələrini azalda və inflyasiyanın qarşısını ala bilərdi. Lakin Yunanıstan avro məkanda qalmaqla bu addımları ata bilməz.

 

Ekspert qeyd edir ki, Yunanıstanın avro məkanı tərk etməsi ilə ümum avro zonası dağıla bilər. Yunanıstanın avro məkanı tərk etməsindən sonra Almaniya və Fransa da avrozonanı tərk edə bilər və bu son nəticədə avro  valyuta blokunun tam dağılması demək olacaq.  Ekspert bütün bunlara rəğmən avroya ölüm hökmü çıxarmağa tələsmir.  Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı hələlik avronu  xilas edə bilər. Lakin Almaniya, Yunanıstan və Avropa Mərkəzi Bankının inamsız reaksiyaları fonunda avronun xilası ümidəlri çox zəif görünür. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi