Modern.az

"Gürcüstanın gələcəyini Qərb deyil, gürcü xalqı müəyyən etdi"

"Gürcüstanın gələcəyini Qərb deyil, gürcü xalqı müəyyən etdi"

Analitika

28 Oktyabr 2024, 14:14

Artıq Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyası (MSK) məlumatına görə, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.

 

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.

 

Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.

 

Seçkilərin nəticələrini Modern.az-a şərh edən gürcü ekspert David Çxelizade qeyd edib ki, ölkədə seçkilər dinc və rəqabət şəraitində keçib:

 

“Xarici qüvvələrin Gürcüstanın daxili işlərinə qarışmaq cəhdlərinə baxmayaraq, insanlar öz iradələrini ifadə etmək imkanı əldə edə bildilər. Demək olar ki, oktyabrın 26-da keçirilən seçkilərdə gürcü xalqı və ölkənin əmin-amanlığından, inkişafından və tərəqqisindən möhkəm danışan gürcü xalqı qalib gəldi".

 

O bildirib ki, Gürcüstanın düşmənləri növbəti dəfə qəzəblənib:

 

"Belə ki, Gürcüstanın müstəqil ölkə olması, gələcəyini və istiqamətini kollektiv Qərbin deyil, gürcü xalqının həll etdiyi ilə barışmalı olacaqlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada