Modern.az

Zakir Həsənov yenidən Hərbi Hava Qüvvələrinin basazına gedib - FOTO

Zakir Həsənov yenidən Hərbi Hava Qüvvələrinin basazına gedib - FOTO

Təhsil

19 Dekabr 2013, 21:08

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.
Modern.az-ın məlumatına görə, müdafiə naziri aviasiya poliqonuna baxış keçirib və müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.
Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak edib.

Foto: Azərbaycan müdafiə nazirinin Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edir / Siyasət

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır