Modern.az

Hikmət Hacıyevdən yeni telekanalla bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən yeni telekanalla bağlı PAYLAŞIM

Aktual

5 Noyabr 2024, 10:19

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi özünün "X" hesabında yazıb.

O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.

"Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir", - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?