Modern.az

Əməkdar jurnalistin Xankəndi arzusu

Əməkdar jurnalistin Xankəndi arzusu

Təhsil

21 Dekabr 2013, 19:39

Bu gün əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadə) doğum günüdür. 1959-cu ildə Xankəndində müəllim ailəsində anadan olan Hikmət Xudiyev Xankəndi Pedaqoji İnstitutunda və Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan həmkarımız mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

15-dən artıq vətənpərvərlik mövzusunda kitabın müəllifi olan polkovnik Hikmət Xudiyev hal-hazırda FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi vəzifəsində çalışır. İlin bütün günlərində olduğu kimi, onun bu gün də ən böyük arzusu inkişafda olan müstəqil Azərbaycanımızı bütöv görmək və ömrünün əlamətdar günlərini ata yurdu Xankəndində keçirtməkdir.

Həmkarımızı ad günü münasibətilə təbrik edirik.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır