Modern.az

İsrail futbolçularını 4 min polis QORUYACAQ

İsrail futbolçularını 4 min polis QORUYACAQ

Dünya

10 Noyabr 2024, 20:13

Fransa və İsrail arasında futbol oyunu zamanı asayişi 4 min təhlükəsizlik işçisi qoruyacaq.

 

Modern.az bu barədə İspaniyanın EFE agentliyinə istinadən xəbər verir.

 

Matç gələn həftənin cümə axşamı günü baş tutacaq.

 

Paris polisinin prefekti Loren Nunez deyib ki, Amsterdamda baş vermiş insidentə görə “çox problemli matçdır”.

 

Xatırladaq ki, “Ayaks”ın Təl-Əvivin “Makkabi”sini 5:0 hesabı ilə məğlub etdiyi oyundan sonra israilli azarkeşlər hücuma məruz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə