Modern.az

Rusiya və Türkiyə ambisiyalı planlara imza atır

Rusiya və Türkiyə ambisiyalı planlara imza atır

Təhsil

12 May 2010, 18:16

Bu gün Ankarada səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az türk mətbuatna istinadən xəbər verir ki, prezident  Dmitri Medvedev və baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə tərəflər arasında 17 saziş imzalanıb. Baş nazir Ərdoğan bəyan edib ki, imzalanmış sazişlər  arasında atom elektrik stansiyasının tikintisi və viza rejiminin  aradan qaldırılması xüsusi yer tutur.   

 

Türkiyəli həmkarı Abdullah Güllə görüşdən sonra keçirilən mətbuat konfransında  Medvedev bəyan edib ki, “bu gün Rusiya – Türkiyə münasibətlərində çox özəl bir gün yaşanır”. Medvedev son dövrlərdə iki ölkə münasibətlərində köklü dəyişikliklər baş verdiyini və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoydüğunu vurğulayıb.   Gülün iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 3 dəfə artırılması barədə təklifinə toxunan Medvedev bunun çox iddialı bir hədəf olduğunu bildirib. “Dilə gətirilməsi belə zordur – 100 milyard dollar! Ancaq bu rəqəm əldə oluna bilər. Belə bir səviyyəyə çatacağımız təqdirdə biz bütün Avropaya nümunə olacağıq”,-deyə Medvedev bildirib. 

 

Medvedev Türkiyə-Ermənistan normallaşma prosesinə dəstək verdiklərini deyib. O, iki ölkənin terrorizmlə mübarizə sahəsində əməkdaşlığının gücləndirilməsi vacibliyini bildirib. Medvedev müdafiə, təhlükəsizlik qurumları arasında işbirliyin genişləndirilməsi üçün bütün işlərin görüləcəyini əlavə edib.

 

Mətbuat konfransında Medvedev Dağlıq Qarabağ mənaqişəsinə də toxunub. "Rusiya və Türkiyə Cənubi Qafqaz regionunda stabilliyin olması və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Rusiya öz nüfuzundan və təsir gücündən istifadə etməklə bu münaqişənin həll edilməsinə çalışacaq". Medvedevə görə, Qarabağ münaqişəsinin həllində  kifayət qədər ümidverici addımlar atılıb. “Danışıqlarda inkişaf hiss olunur. Amma bu o demək deyil ki, bütün məsələlərlə bağlı razılıq əldə olunub. Məsləhətləşmələr davam edir. Mən özüm bir neçə dəfə həmkarlarım prezident Əliyev və Sərkisyana Rusiyanın vasitəçilik xidmətlərini təklif etmişəm. Biz Rusiya Federasiyasında bir neçə dəfə görüşmüşük. Ümid edirəm ki, gələcəkdə, hətta mövqelərin aydınlaşması tələb olunan məqamlarda da, bu belə davam edəcək. Təbii ki, bu prosesə Minsk qrupuna üzv olan digər ölkələr də öz töhfəsini verməlidir. Biz onlardan da aktiv mövqe gözləyirik. Amma hər şeydən əvvəl əsas məsələlər münaqişə tərflərinin özləri - Azərbaycan və Ermənistanla müzakirə olunmalıdır”, - deyə Medvedev bildirib. 

st1:*{behavior:url(#ieooui) }

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edə bilər". Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Dmitri Medvedevlə keçirilən birgə mətbuat konfransında bəyan edib.

 

“Düşünürəm ki, əgər ATƏT-in Minsk qrupu bundan sonra da uğurlu səylər göstərərsə, onda biz Türkiyənin danışıqlar prosesində iştirakı məsələsini gözdən keçirə bilərik”,-deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, əsas vəzifə Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həllinə yaxınlaşdırmaqdır.  “Biz bu prosesin davam etməsi üçün əlimizdən gələni edəcəyik”,-deyə Ərdoğan əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi