Modern.az

Azərbaycan-Ermənistan danışıqlarında fəal rol oynamağa hazırıq

Azərbaycan-Ermənistan danışıqlarında fəal rol oynamağa hazırıq

13 Noyabr 2024, 13:01

Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, buna hazırıq.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərimizlə fəxr edirik. Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq. Lakin bu, tərəfdaşlarla məsləhətləşmələrdən asılıdır”, -Gürcüstan Baş naziri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat