Modern.az

Əhmədinejat: “BMT sanksiyaları bir quruşa dəyməz”

Əhmədinejat: “BMT sanksiyaları bir quruşa dəyməz”

12 May 2010, 18:21

İran prezidenti Mahmud Əhmədinejat BMT-nin Tehrana qarşı sərt sanksiyalar siyasətini tənqid edib. Modern.az BBC-yə istinadən xəbər verir ki,  İran lideri növbəti dəfə dünya liderlərinə mesaj ünvanlayıb. Onun sözlərinə görə, İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan BMT qətnamələri “bir quruşa dəyməz“.  O bəyan edib ki, bu cür tədbirlər bir nəticə verməyəcək. “Əgər siz hesab edirsinizsə, bununla bizi geri çəkilməyə məcbur edə bilərsiniz, səhv edirsiniz”,-deyə Əhmədinejat bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər