Modern.az

Mövlut Çavuşoğlu Serj Sərkisyanla görüşdü

Mövlut Çavuşoğlu Serj Sərkisyanla görüşdü

12 May 2010, 20:31

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlut Çavuşoğlunu qəbul edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki,  qonağı salamlayan Sərkisyan ümidvar olduğunu bildirib ki, AŞPA nümayəndə heyəti səfər gedişində Ermənistan barədə obyektiv məlumatlar toplaya biləcək. Sərkisyan qeyd edib ki, bu səfər AŞPA və Ermənistan parlamenti arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. 

Mövlut Çavuşoğlu qeyd edib ki, AŞPA-nın yeni sədri kimi Assambleya və AŞPA üzvü olan ölkələrin qurumdakı parlament nümayəndə heyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsini fəaliyyətinin prioritet  istiqaməti hesab edir.  O, AŞPA-da Ermənistan parlament nümayəndə heyəti ilə sıx əlaqələrin qurulduğunu bildirib. Erməni mətbuatının məlumatına görə, AŞPA sədri Ermənistanda demokratk islahatlar və korrupsiya ilə mübarizə sahəsində müşahidə olunan tərəqqini yuksək qiymətləndirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi