Modern.az

Böyük Britaniyada müsəlman qadın nazir oldu

Böyük Britaniyada müsəlman qadın nazir oldu

Təhsil

13 May 2010, 09:23

Böyük Britaniya  Nazirlər Kabinetinin təşkili başa çatdı. Modern.az BBC-yə istinadən xəbər verir ki, ilk dəfə olaraq Nazirlər Kabinetində müsəlman qadın da nazir portfeli alıb. Uzun illər Mühafizakarlar Partiyasında yer almış Sayeeda Varsi (Sayeeda Warsi)  yeni hökumətdə toplum naziri oldu. O, hökumətdə nazir postu tutmuş ilk müsəlman qadın olaraq tarixə düşüb. 1971-ci ildə İngiltərənin Devisbur şəhərində pakistanlı ailəsində doğulmuş Varsi gənc yaşlarından siyasət aləminə atılıb.  O, daha öncə də Mühafizakarlar partiyasında da kölgə kabinetində toplum naziri olub.   

 

Qeyd edək ki,  maliyyə naziri Corc Osborn, xarici işlər naziri Uilyam Heyq, daxili işlər naziri Tereza Məy, müdafiə naziri isə Layam Foks təyin ediliblər. Onların hamısı Mühafizəkarlar partiyasını təmsil edir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü