Modern.az

Azyaşlılara siqaret satan şəxslər məsuliyyətə cəlb olundu

Azyaşlılara siqaret satan şəxslər məsuliyyətə cəlb olundu

18 Noyabr 2024, 10:48

Şirvanda azyaşlılara tütün məmulatları satan şəxslər barəsində tədbirlər görülüb.

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı dörd mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Məlumata görə, həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?