Modern.az

Bu rayonun bəzi kəndlərində işıq olmayacaq

Bu rayonun bəzi kəndlərində işıq olmayacaq

18 Noyabr 2024, 14:08

Babək rayon Elektrik Şəbəkəsinin Tədbirlər planına uyğun olaraq 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında yağ açarlarının cari təmir işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bununla əlaqədar sabah saat 11:30-dan 13:00-dək Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Vayxır, Xalxal, Nəzərabad, Didivar və Uzunoba gölü ətrafında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində qısamüddətli müəyyən fasilələr yaranacaq.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu