Modern.az

AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi

İdman

19 Noyabr 2024, 13:40

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi komanda 800 manat cərimə edilib.

“Turan Tovuz” azarkeşləri isə “Səbail”lə matçda meydançaya kənar əşya atdıqları üçün klubu 800 manat ziyana salıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat