Modern.az

Kürdəmirin Kürqıragı kəndlərindən xəbər

Kürdəmirin Kürqıragı kəndlərindən xəbər

13 May 2010, 11:52

Kür çayında suyun səviyyəsinin artması nəticəsində Kürdəmirin bəzi kəndlərində yaranan vəziyyət gərgin olaraq qalır. Kürdəmirin bir sıra yaşayış məntəqələri hazırda qurunt sularının içərisindədir. Modern.az-ın məlumatına görə, rayonun Seyidlər, Söyüdlər, Tovla, Şüşün, Qaramahmudlu, Ərəbxana və Köhünnü kəndlərində qrunt suları əhaliyə ciddi problemlər yaradıb. Rayonun deputatı Fərhad Qəribov saytımıza bildirib ki, o, hazırda həmin kəndlərdədir: “Düzdür, qurunt suları qalxıb, ancaq yaxşıdır ki, Kürdəmirdə Kür bəndləri yarmayıb. Çünki bu kəndlərdə bəndlərin kənarında drenaj sistemi var. Qrunt suları nasoslar vasitəsilə su Kürə vurulur”.

Deputat onu da qeyd edib ki, Prezidentin Şirvanda keçirdiyi müşavirə və problemlərin aradan qaldırılması üçün verdiyi göstərişlərdən sonra bütün Kür boyu kəndlərdə işlər sürətləndirilib.

 

Modern.az   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü