Modern.az

Nursultan Nazarbayev “millətin atası” oldu

 Nursultan Nazarbayev “millətin atası” oldu

Təhsil

13 May 2010, 12:15

Qazaxıstan parlamentinin yuxarı palatası bu gün prezident Nursultan Nazarbayevin ömürlük prezident elan olunması barədə qanun layihəsini müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, parlamentin aşağı palatası Nazarbayevin “millətin atası” elan olunması barədə qanun qəbul edib. Bu qanun Nazarbayevə toxunulmazlıq immuniteti verir. Qanuna əsasən “millətin atası” saxlanıla, həbs oluna, axtarıla və ya dindirilə bilməz. Yeni qanun və yeni status Nazarbayev  və onun ailəsinin əmlakını və bank hesablarını qoruyur. Qanun eyni  zamanda prezident postunu tərk etdikdən sonra da Nazarbayevə ölkənin xarici və daxili siyasətinə təsir etmək imkanı verir. Qeyd edək ki, Nazarbayev 1991-ci ildən Qazaxıstana rəhbərlik edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır