Modern.az

İlham Əliyevin Boris Tadiçlə təkbətək görüşü olub

İlham Əliyevin Boris Tadiçlə təkbətək görüşü olub

Təhsil

13 May 2010, 13:25

Mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Boris Tadiç ilə təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfərinin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü