Beynəlxalq “KCA Deutag”şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds və inzibati işlər üzrə meneceri Fariz Səlimov Bakı Ali Neft Məktəbində olub. Bu barədə Modern.az-a Bakı Ali Neft Məktəbindən məlumat verilib.
Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları qarşıdan gələn “Yeni il” bayramı münasibəti ilə təbrik edib. Bakı Ali Neft Məktəbinin yaranma zərurətindən bəhs edən E.Qasımov vurğuladı ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsil və milli kadrların hazırlanması istiqamətində böyük işlər həyata keçirilir ki, bunlardan biri də ölkədə müasir texnologiyalar əsasında yeni universitetlərin yaradılması və beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bu yaxınlarda Azərbaycana böyük investisiyalar qoymuş Böyük Britaniyanın “British Petrolum” şirkəti ilə ARDNŞ arasında 2018-ci ilə də kadr potensialının milliləşdirilməsi memorandumu bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsinin və inkişafının göstəricisidir. BANM-in Dövlət Neft Şirkətinin sturkturunda fəaliyyət göstərən ali təhsil müəssisəsi olduğunu bildirən rektor buna əsas səbəbin artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin həyata keçirdiyi layihələrdə işləyə biləcək kadr ehtiyatının formalaşdırılması olduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əmkdaşlığı və birgə fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirib ki, ali məktəbdə dərslər inglis dilində adı çəkilən universitetin tədris proqramlarına əsasən həyata keçirilir. Bununla yanaşı tədrisin keyfiyyətinə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi portnyor universitetlərin professor və müəllim heyəti tərəfindən həyata keçirilir. Bunun nəticəsi olaraq sonda tələbələrə iki diplom həm BANM-in həm də Heriot –Vatt Universitetinin diplomu verilir.Bununla yanaşı, BANM-in xarici əlaqələrə verdiyi önəmdən danışan rektor BANM ilə “BP”,”Statoil”, Total” kimi şirkətlərlə,eyni zamanda dünyanın neft-qaz və kimya ixtisası üzrə tanınmış universitetlərindən olan Fransanın “İFP”, Norveçin Stavanger və Tronheym universitetləri və həmçinin bir çox digər xarici şirkətlər və universitetlərlə qurulan əlaqələri və birgə fəaliyyəti haqqında ətraflı məlumat verib. O, ,BANM ilə“KCA Deutag” şirkəti arasında əməkdaşlığın qurulmasınd amaraqlı olduğunu bildirmiş və tələbələrin onların şirkətlərində gələcəkdə təcrübə keçmələri üçün şərait yaradılmasını xahiş edib.Bakı Ali Nef tMəktəbinə dəvət edildiyinə görə minnətdarlığını bildirən “KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds vurğuladı ki, Azərbaycada neft-qaz sənayesi dinamik inşaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir.
O,qeyd edib ki, “KCA Deutag” şirkəti qazma sahəsində fəaliyyət göstərən bir beynəlxalq şirkətdir və bugün 20 ölkədə 100-dən çox qurğuları var. Azərbaycanda uzun zamandır fəaliyyət göstərdiklərini bildirən Filip Vuds bildirdi ki, müasir standartlara cavab verən kadrların yetişdirilməsində onlar da maraqlıdırlar və bu istiqamətdə şirkət olaraq bir çox işlər görürlər və bir çox layihələrə dəstək olurlar. O, bildirdi ki, Azərbaycanda böyük layihələ rhəyata keçirməyi planlaşdıran “KCA Deutag” şirkəti üçün Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması olduqca vacibdir. Görüş çərçivəsində “KCA Deutag” şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlığın istiqamətləri müzakirə edilmiş və razılıq əldə olunub.
Modern.az