Modern.az

Avropadan erməni iddialarına zərbə

Avropadan erməni iddialarına zərbə

Təhsil

13 May 2010, 13:33

Avropa parlamentinin bəzi sağçı üzvləri 1915-ci il olayları ilə bağlı Avropa komissiyasına  sorğu göndərrəək qondarma erməni “soyqırımı”na münasibət bildirməsini istəyib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Avropa komissiyası sağçı parlamentarilərə sərt təpki göstərib:”Avropa Birliyinin işi tarixi mühakimə etmək deyildir”.  Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Stefan Fule qeyd edib ki, Avropa Birliyinin işi sülhə nail olmaqdır. “AB bu qitədə barış, demokratiya, sabitlik və rifahı hədəfləyən, gələcəyə bağlı bir layihədir”. Fule əlavə edib ki, AB Türkiyə və Ermənistanı ikitərəfli münasibətlərin normallaşdırılması səylərində dəstəkləyir və iki ölkə arasında imzalanmış protokolların ratifikasiya olunmasına çağırır. Onun sözlərinə görə, Türkiyə - Ermənistan münasibətlərində tam normallaşma Cənubi Qafqazda təhlükəsizlik, əmin-amanlıq və əməkdaşlığa önəmli töhfə verəcək. “Keçmişdəki acıların öhdəsindən gəlmək üçün iradə, cəsarət və dialoq gərəkdir”,-deyə Fule  bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi