Modern.az

Arazın yenidən qalxması xəbəri təsdiqləndi

Arazın yenidən qalxması xəbəri təsdiqləndi

Təhsil

13 May 2010, 14:02

Modern.az saytının məlumatına görə bu saatlarda Araz çayında suyun səviyyəsi yenidən artıb. Artıq bu məlumatı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə də təsdiqləyib. Verilən məlumata görə, Araz çayından gələn su bu gün saniyədə 142 kubmetr artıb.

Sabirabadın deputatı Rüstəm Xəlilov saytımıza açıqlamasında deyib ki, Arazda suyun qalxması hələki bu çayda daşqınlar yaratmayıb: “Kürboyu bütün ərazilərdə bəndatma işləri sürətləndirilib. Araz çayının sahilboyunda hələki daşqın problemi yaşanmır”.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü