Modern.az

Hər şeyi Hakan Şükür başladı - Daha bir eks-nazir AKP-dən ayrıldı

Hər şeyi Hakan Şükür başladı - Daha bir eks-nazir AKP-dən ayrıldı

27 Dekabr 2013, 15:30


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında son bir ay içində ikisi nazir olmuş cəmi 5 vəkil istefa verib. Partiyanın özü də 2 vəkilin partiyadan uzaqlaşdırılması üçün iddia açıb. Bu iki vəkildən biri olan keçmiş nazir də istefa siqnalı verib.

İlk gedən İdris Bal 

İstefa küləyi dərshanə mübahisələri ilə başlayıb. Dərshanələrin bağlanılmasına qarşı çıxan AKP-nin Kütahya millət vəkili İdris Bal bunu ictimaiyyət qarşısında da sərt ifadələrlə dilə gətirdi. Bundan sonra Balın məsələsi partiyanın intizam təşkilatına göndərildi. Bal intizam təşkilatının qərarını gözləmədən partiyasından noyabrın 30-da istefa verdi.

Hakan Şükür, əməliyyatdan bir gün əvvəl...

AKP İstanbul millət vəkili Hakan Şükür də dərshanələrin bağlanılmasına qarşı çıxan vəkillərdən idi. Şükür dekabrın 16-da yazılı bir açıqlama yayaraq istefa verdiyini açıqladı. Şükürün açıqlamasından bir gün sonra, üç nazirin oğlunun nəzarətə alındığı rüşvət və sui-istifadə əməliyyatı başladı.

Əvvəl Bayraktar, sonra Şahin...

Dekabrın 17-də əməliyyatdan sonra ictimaiyyətdə oğulları nəzarətə alınan AKP-li nazirlərin istefa verib-verməyəcəkləri mübahisəsi başladı. Üç nazir - Zəfər Çağlayan, Muammer Gülər və Ərdoğan Bayraktar dekabrın 25-də hökumətdən istefa verdilər.

Ancaq Bayraktar yalnız nazirlik vəzifəsindən deyil, AKP-dən və millət vəkilliyindən də istefa verdiyini açıqladı.

Bayraktarın istefa xəbərindən yalnız saatlar sonra AKP-li bir başqa keçmiş daxili işlər naziri İdris Naim Şahin yenə yazılı bir açıqlama verərək partiyadan ayrıldığını söylədi.

Son dalğa, intizama sövq ilə gəldi

Rüşvət və sui-istifadə əməliyyatının ardından Türkiyə Böyük Millət Məclisindəki AKP qrupundan üç nəfər – keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Ankara millət vəkili Haluk Özdalga və İzmir millət vəkili Ərdal Qalxan da hökumətin sui-istifadə əməliyyatına yanaşmasını ictimaiyyət qarşısında açıqca tənqid etdi.

Bunun ardından AKP-nin dünən gecə keçirilən əsas yığıncağında bu üç nəfərin partiyadan uzaqlaşdırılması haqda qəti qərar verdi.

İstefa açıqlaması “Twitter”dən gəldi

AKP-nin intizama sövq qərarına ilk reaksiya İzmir millət vəkili Ərdal Qalxandan gəldi. Qalxan “Twitter”dəki şərhində AKP-dən istefa verdiyini açıqladı: “Ədalət və

"İnkişaf Partiyasından istefa verirəm. Bilin ki, dünya dönür. Xalqımız da axmaq deyil. Yolunuz bağlıdır".
Digər iki AKP-li vəkil, Günay və Özdalga isə gün ərzində mətbuat konfransı keçirəcəklərini açıqlayıblar.

Hakim partiyanın deputat sayı

2011-ci il seçkilərinin ardından AKP Türkiyə Böyük Millət Məclisində 327 vəkillə təmsil olunurdu. Ancaq Ordu vəkili Harun Çaxar seçkilərdən qısa bir müddət sonra vəfat edib. Beləcə vəkil sayı 326-a düşüb.

Sonradan AKP-yə CHP-dən bir vəkil transfer edib. Saleh Firatın CHP-dən istefa verib, AKP-yə keçməsi ilə vəkil sayı yenidən 327-yə çatıb.

Son istefaların ardından isə AKP-nin millət vəkillərinin  sayı 322-yə düşüb.

Əgər Günay və Özdalga da istefa versələr, hakim partiyanın deputatlarının sayı daha iki nəfər azalacaq.

Son anda yayılan məlumata görə, Ertuğrul Günay da AKP-də istefa verdiyini bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi