Modern.az

225 milyon dollarlıq CEKPOT

225 milyon dollarlıq CEKPOT

Dünya

30 Noyabr 2024, 09:58

Böyük Britaniyada bir bilet sahibi “EuroMillions” lotereyasının çərşənbə axşamı tirajında 177 milyon funt sterlinq (225 milyon dollar) dəyərində cekpotu qazanaraq Milli Lotereyanın tarixində üçüncü ən böyük uduşlu qalib olub.

Modern.az xəbər verir ki, qalibin ictimaiyyət qarşısında öz kimliyini açıqlayıb-açıqlamamaq barədə qərar verməsi gözlənilir.

Xatırladaq ki, 2022-ci il iyulun 19-da anonim qalmaq istəyən digər bir britaniyalı iştirakçı “EuroMillions”un rekord cekpotu olan 195 milyon funt sterlinqi qazanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə