Modern.az

Gürcüstanın birinci xanımı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşüb

Gürcüstanın birinci xanımı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşüb

13 May 2010, 16:55

Modern.az xəbər verir ki, bu gün Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşüb.

Qrupun rəhbəri Qənirə Paşayeva görüşdə bildirib ki, Azərbaycan parlamentinin müxtəlif beynəlxalq təşkilatlardakı nümayəndələri Gürcüstanla bağlı məsələlərin müzakirəsi zamanı strateji müttəfiq olan bu ölkəni dəstəkləyirlər: “Bizim parlamentlərimiz arasında bir çox başqa sahələr üzrə də əməkdaşlıq genişlənir. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bu iki ölkə arasında ən möhkəm körpüdür. Siz də Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı layihələrə dəstəyinizi əsirgəmirsiniz. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşayan gürcülərin təhsil və mədəniyyət sahəsində problemlərinin həlli üçün çox böyük işlər görülüb”.

 

Deputatın fikrincə, Gürcüstan prezidenti Mixail Saakaşvili də azərbaycanlıların problemlərinə həssaslıq nümayiş etdirir: “Sizin də bu sahədə çox böyük işlər gördüyünüzü bilirik və təşəkkürümüzü bildiririk Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşünüzdə əməkdaşlıqla bağlı bir çox yeni layihələrin həyata keçirilməsini razılaşdırmısınız və əminik ki, bu iki ölkənin münasibətlərinin inkişafına da böyük dəstək olacaq”.

 

Q.Paşayeva deyib ki, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Parlamentində qəbul olunan Amnistiya Aktından on minlərlə soydaşımız yararlanıb: “Bildiyiniz kimi Azərbaycanın ən böyük problemi torpaqların 20 faizinin Ermənistanın işğal etməsidir. Bu işğal nəticəsində bir milyon insan öz yurd-yuvasından məçburi köçkün düşüb. Gürcüstan da bu cür problemdən əziyyət çəkdiyi üçün bizi yaxşı başa düşür. Azərbaycanda artıq çadır şəhərciyi qalmasa da, beynəlxalq təşkilatların qərarları yerinə yetirilmir. Prezidentlər və onların xanımları arasındakı dostluq münasibətləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti üçün də önəmlidir”.

 

Gürcüstanın birinci xanımı isə qeyd edib ki, bundan əvvəl Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva görüşlərində Gürcüstanla Azərbaycan arasında olan bəzi önəmli məsələləri müzakirə ediblər: “ Bizim hamımız üçün ərazi bütövlüyü ən həssas məsələdir. Əliyeva ilə görüşdə yeni əməkdaşlıq sahələrini də müəyyənləşdirdik. Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında məktəbli mübadiləsi edəcəyik. Bundan başqa, Bakı ilə Tbilisi arasında teatrlar arasına əməkdaşlıq edəcəyik. Biz bu gün Talasemiya Mərkəzində də olduq və Mehriban xanımla qan xəstəliklərinin azaldılması sahəsində də əməkdaşlıq edəcəyik”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir