Modern.az

Bakıda uşaq bağçasında yanğın: 15 azyaşlı uşaq xilas edilib

Bakıda uşaq bağçasında yanğın: 15 azyaşlı uşaq xilas edilib

13 May 2010, 17:11

Bakı şəhəri, Səbail rayonunda Təhsil Nazirliyinə məxsus 332 saylı uşaq bağçasının yerləşdiyi ikimərtəbəli ümumi sahəsi 700 kv.m. olan binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın binanın 1-ci mərtəbəsində baş verib. Belə ki, binanın 1-ci mərtəbəsində gözətçi otağının yanar konstruksiyaları 10 kv.m. sahədə və dəhlizin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb. 15 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən təhlükəsiz zonaya təxliyyə olunub. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı