Modern.az

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazandı

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazandı

İdman

4 Dekabr 2024, 17:56

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 7-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 90+1-ci dəqiqədə Murad Musayev avtoqol müəllifi olub.

"Köhlən atlar" növbəti raundda "Səbail"lə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat