Modern.az

Yaxın Şərqdə qalan şəxslərlə Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb

Yaxın Şərqdə qalan şəxslərlə Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb

Aktual

6 Dekabr 2024, 10:00

Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə 20 Qızıl Xaç Məktubu vasitəsilə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Modern.az xəbərinə görə, bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu ilin yanvar-iyun aylarındakı fəaliyyəti ərzində baş tutub.

Bundan başqa, həmin müddət ərzində 706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmış şəxslər, mina qurbanlarının ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar, ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat