Arxiv
31 Dekabr 2009, 23:58 |
Dünyanın toy adət-ənənələri

Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ənənələri var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər, əsrlər keçməsinə baxmayaraq heç zaman unudulmur.
Çin toylarında hamı qırmızı paltar geyinməli, ətraf da bu rəngdə bəzədilməlidir. Toy üçün bişirilən tort aşağıdan-yuxarıya doğru kəsilməlidir. Bu, evlənənlərin xoşbəxtliyə doğru birgə qalxdıqları pilləkənləri simvollaşdırır. Çinin Tibet əyalətində isə toy günü qonaqlar evlənənləri təbrik edəndən sonra onların boyunlarına şərf bağlayırlar. Buna görə də mərasimin sonunda bəylə gəlin boyunlarındakı şərflərin ağırlığından yerlərindən dura bilmirlər. Ümumiyyətlə çin toyları dünyada ən məzəli toylar hesab edilir. Bəy və gəlin öz toyunda ata-analarının və bir-birlərinin şərəfinə tost deməlidirlər. Bəy və gəlinin valideynləri onlara qırmızı çanta  hədiyyə edirlər. Gəlin toya çətirlə gəlir və qonaqlar onların üzərinə qırmızı qızılgül ləçəkləri səpirlər. Qonaqlar toya adətən pul hədiyyəsi salırlar.
Meksikada toyun əsas təşkilatçıları gəlinin və bəyin xaç valideynləri olur. Adətə görə onlar həm də tədbirin bütün maliyyə xərclərini də öz üzərlərinə götürürlər.
Almaniyanın bəzi əyalətlərində evlərdə keçirilən toy mərasimləri zamanı məclisə çağırılan qonaqlar boşqabları yerə vurub sındırırlar. Qab-qacaq qırıntılarını isə evlənənlərin  özləri süpürməlidirlər. Bu ölkədəki digər adəeə görə, nikah mərasimindən sonra şahid gəlini qaçıraraq pivəxanaya aparmalıdır. Orada bəy tapılanadək gəlinə pivə içirirlər. Bəy gələndən sonra gəlinin içdiyi pivələrin pulunu verməlidir.
Türkiyədə bütün toy məclislərində mütləq dövlət bayrağı asılmalıdır. Ən kiçik, gözdən-könüldən uzaq bir kənddə belə beş-üç nəfərin iştirakı ilə keçirilən toy mərasimi musiqi, çal-çağır olmasa da, bayraqsız ötüşmür.

Yaponiyada toylar əsasən yaz və payızda olur. Yapon toyları daha çox şouya bənzəyir. Yaponiyada toya dəvət olunanlar daha çox pul hədiyyə edirlər. Pulun miqdarı qonaqla yeni evlənələr arasındakı münasibətin nə qədər səmimiliyindən asılıdır. Yaponiyada toy ərzində gəlin üç dəfə paltar dəyişməlidir. Onlar əvəlcə ağ, sonra qırmızı kimano, axırda isə adi avropasayağı gəlin paltarı geyinməlidirlər.
Macarıstanda toya çağırılan bütün kişi qonaqlar gəlinlə rəqs edə bilərlər. Rəqs edən pul verərsə, gəlin mütləq onu öpməlidir.
Yamaykada
toy üçün iri meyvəli piroq bişirirlər. Toya gələ bilməyənlərə piroq dilimi poçt vasitəsilə göndərilir.
Mərakeşdə toy dörd gündən yeddi günədək davam edir. Təzə evə daxil olmamışdan əvvəl gəlin üç dəfə onun ətrafında dolanmalı və toyqabağı süd vannası qəbul etməlidir.
Çilidə nişanlananlar bir-birlərinin sağ əllərinə üzük taxırlar, toydan sonra isə üzükləri sol əllərinə keçirirlər.
Rusiyada əsas mərasim toy qonaqlığıdır ki, bu da musiqi, rəqslər və yemək-içməkdən ibarətdir. Rusiyanın bəzi vilayətlərində toy mərasiminin əvvəlində yaxın qohumlar və ya dostlar tost deyir. Tostdan sonra isə hamı badələri yerə vuraraq sındırır. Deyilənə görə, bu adət yeni evlənən cütlüyə xoşbəxtlik gətirir. Rus toylarının ən maraqlı anı ilk sağlıqdan sonra qonaqların «qorko!» («acıdır»)-deyə qışqırmalarıdır. Şərabın dadını şirinləşdirmək üçün bəy və gəlin bir-birlərini öpməlidirlər. Onlar ayağa durur və qonaqların saydığı qədər öpüşürlər. Şənliyin sonuna qədər bu hal bir neçə dəfə təkrarlanır. Hazırda rus toylarında ən yaxşı hədiyyə pul hesab edilir və onu mərasimin əvvəlində  toplayırlar. Çünki toyun sonuna yaxın qonaqların əksəriyyəti sərxoş olduqlarından pul salmaq yaddan çıxa bilər.
Rusiyanın bəzi yerlərində gəlinin oğurlanması adəti də dəbdədir. Toyda bəyin başı oynamağa qarışanda gəlini oğurlayırlar. Gəlini oğurlayanlar bəydən müəyyən miqdarda pul tələb edirlər. Mübahisələrdən sonra bəy pulu verir və gəlini geri qaytarır. Gəlini toy ərzində bir neçə dəfə oğurlaya bilərlər. Buna görə də bəy diqqətli olmalıdır, çünki bu oğurlanma ideyasında gəlinin özü də iştirak edir.
Cənubi Afrika Respublikasında cavanların xoşbəxt olmaları üçün valideynlərin evlərindən alov gətirib, evlənənlərin mənzilində ocaq yandırırlar.
İrlandiyalılar Müqəddəs Patrik günündə evlənməyə can atırlar. Toydan qabaq gəlin özü saçlarını qaydaya salmalıdır. İrland ənənəsinə əsasən, gəlinə və bəyə toy hədiyyəsi kimi at nalı hədiyyə edilir. Onlar isə bu hədiyyəni evə uğur gətirməsi üçün divardan asırlar. Cütlük bal ayını  hamıdan uzaqda, bal şərabı içə-içə keçirir. Bu, valideynlərin öz fikirlərini qəfil dəyişərək, onları ayıra bilməmələri üçündür. İrland toylarında milli xörəklər toyun ayrlmaz hissəsidir. Meyvəli pirojna, üzərinə qarğıdalı əlavə olunmuş mal əti, kələm, sodalı çörək, bal şərabı, tünd pivə irlandların toy süfrəsini təşkil edir.
Venesuelada bəyin evlənməsi üçün xaç atası icazə verməlidir. Əvvəlcə adi toy keçirilir, iki həftədən sonra isə kilsədə nikah mərasimi təşkil olunur. Hər iki mərasim yeyib-içməklə bitir. Amma kilsə nikahından sonra daha böyük banket keçirilir. Evlənənlər isə toydan heç kimin diqqətini cəlb etmədən qaçmalıdırlar. Guya bu hərəkətlərilə onlar mütləq xoşbəxt olacaqlar.
Tailandda evlənənlər boğazlarından çiçək hörükləri asaraq diz üstündə əl-ələ otururlar. Mərasimi aparan ən yaşlı qohum onların əllərini suya salır və ər-arvad elan edir.
İranın əksər vilyətlərində toydan öncə gəlinə paltarı bəy almalıdır. Bu paltar gəlinin bütün bədənini örtən böyük bir parça olur. Mərasimdən sonra evlənənlərin başına qənd tökürlər.
Yunanıstanda nişan üzüyü şəhadət barmağına taxılır. Üzüyün üçüncü barmağa taxılması onunla izah edilir ki, həmin barmaq ürəyə daha yaxındır.
Hindistan ən zəngin və geniş toy ənənələri olan ölkələrdən biridir. Bu ölkədə hər ştatın özünəməxsus toy ənənəsi var. Hind toylarında dostlar yeni ailəyə müxtəlif hədiyyələr bağışlayırlar. Toy günü həyata keçirilən əsas adət bəylə gəlinin bir-birinə çiçəklərdən hörülmüş çələng hədiyyə etməsidir. Bəy və gəlin odun ətrafında 7 dəfə fırlanaraq and içirlər. Hind toylarında süfrəyə şirniyyat, yumurta və pul qoyulur. Evlilik andı içəndən sonra gəlin və bəyin ailə üzvləri cütlüyü gül ləçəkləri yağışıına tuturlar. Bəzən onlara ağ rəngli xüsusi xoş iyli toz da səpirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36