Modern.az

Sarısu gölü hər an partlaya bilər

Sarısu gölü hər an partlaya bilər

13 May 2010, 20:18

st1:*{behavior:url(#ieooui) }

Saatlı sakinləri Sarısu gölü ilə bağlı həyəcan təbili çalmaqda davam edirlər. Rayonun adının çəkilməməsini istəyən vəzifəli şəxslərindən biri mayın 13-də axşam saatlarında Modern.az saytına bildirib ki, hazırda vəziyyət çox pisdir və Sarısu gölünün hər an partlamaq təhlükəsi var. Müsahibimiz onu da əlavə edib ki, fəlakət zonasında bir neçə nazirliyin rəsmilərinin fəaliyyət göstərdiyi qərargahdan Bakıya düzgün məlumat verilmir. ”Sabirabadın kəndləri də su altında qalmazdan öncə rəsmi şəxslərin bu rayondan Bakıya verdikləri məlumatlarda genişmiqyaslı bəndatma işlərinin aparıldığı və daşqının olmayacağı bildirilirdi. Amma nə baş verdi? Kür bəndləri yararaq Sabirabadın kəndlərini cənginə aldı. İndi Saatlıda da ona oxşar vəziyyət yaranıb. Sarısı gölündə su elə həddə çatıb ki, bəndlərin hər an dağılma ehtimalı var. Bu baş versə, Saatlı suya qərq olacaq”.

Müsahibimiz deyib ki, Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan Sarısu dolub, aşıb-daşır: “Əgər Sarısu bəndləri yarsa, daha böyük fəlakət olacaq, arzu edək ki belə olmasın. Amma vəziyyətin gedişi fəlakətdən xəbər verir”.

Adının çəkilməməsini istəyən vəzifəli şəxs Sarısu gölü ətrafında təhlükəsizlik tədbirlərinin qənaətbəxş səviyyədə aparılmamasından da narazılıq edib: “Bakıya verdikləri məlumatlarda deyirlər tədbirlər görülür, amma əslində biganəlik var. Su durmadan yüksəlir, indiki bəndlər gələcək suların qarşısını almağa yetərli deyil”.

Sarısu gölünün daşması nəticəsində təhlükə altında qala biləcək Saatlı rayonunun Naharlı, Məzrəli, Nərimankənd və daha bir neçə yaşayış məntəqəsini əhalisinin evakuasiya olunduğu bildirilir.

Dövlət idarələri seli cilovlamaq üçün bütün qüvvələrini səfərbər etdikərini desələr də, yerli camaat bir xeyli narazıdır və görülən tədbirlərin faydasız olduğunu deyir.

Yeri gəlmişkən, Kür səviyyəsinin tənzimlənməsində mühüm rola malik olduğu deyilən Mingəçevir su anbarında su səviyyəsinin mümkün maksimal səviyyəyə çatmaq üzrə olduğu deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov "Azadlıq" radiosuna deyib ki, mayın 13-də Mingəçevir su anbarında suyun səviyyəsi daha beş santimetr artıb. Mingəçevir su anbarında suyun maksimal həddə çatmasına yarım metr qaldığını bildirir. Anbarın maksimal səviyyəsi 83 metrdir. Mərkəz direktoru mayın 16-na kimi havaların qeyri-sabit keçəcəyini bildirir. Onun sözlərinə görə, bu tarixdən sonra Kür çayında suyun səviyyəsinin aşağı düşəcəyi ehtimal olunur. Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?