Modern.az

Tovuzda partlayış - Xəsarət alanlar var

Tovuzda partlayış - Xəsarət alanlar var

7 Dekabr 2024, 16:07

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.

Modern.az-ın məlumatına görə, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?