Modern.az

Arzu Mahmudova: “Osloda Azərbaycan musiqisini çox sevirlər” - FOTO

Arzu Mahmudova: “Osloda Azərbaycan musiqisini çox sevirlər” - FOTO

29 Dekabr 2013, 22:40

Danılmaz faktdır ki, bu gün xaricdə yaşayan soydaşlarımız Azərbaycanı, tariximizi və mədəniyyətimizi təbliğ etmək sahəsində kifayət qədər fəaldırlar. İstər diaspor təşkilatları, istərsə də ayrı-ayrılıqda həmyerlilərimiz yaşadığı ölkələrdə Azərbaycan haqqında yeni müsbət rəyin formalaşmasında ciddi işlər görürlər. Xüsusilə də Azərbaycanın əlamətdar günlərində, o cümlədən qan yaddaçımızla bağlı olan tarixlərdə keçirilən tədbirlər və qəbullar ölkəmizin tanınmasında böyük rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Bakı Musiqi Akademiyasının məzunu, hal-hazırda Norveçin paytaxtı Oslo şəhərində yaşayan və musiqi müəllimi kimi çalışan Arzu Mahmudavanın söhbəti də azərbaycançılıq prinsirlərinin və mədəniyyətimizin təbliği ilə bağlıdır:

“Bu gün Azərbaycanın dinamik inkişafı, qüdrətlənməsi və çiçəklənməsi, paytaxt Bakımızın əfsanəvi gözəlliklərinin dildən-dilə gəzməsi xaricdə yaşayan hər bir azərbaycanlı kimi məni də qəlbən sevindirir. Norveçdə də Azərbaycan kifayət qədər tanınır. Diaspor təşkilatlarının fəallığı təqdirəlayiqdir. Xüsusilə vurğulamaq istəyirəm ki, Oslodakı gənclərimiz bu işdə çox fəaldırlar. Bir musiqiçi kimi qeyd etmək istəyirəm ki, Osloda Azərbaycan müsiqisini çox sevirlər. Yəqin ki, hamı yaxşı xatırlayır. 2010-cu ildə “Eurovision” Mahnı Müsabiqəsi Norveçin paytaxtında keçiriləndə ölkəmizi təmsil edən Səfurə Əlizadənin dördüncü yeri qazanması böyük bir hadisə idi. Osloda həmyerlilərimizin həmin sevinci necə yaşamasını sözlə ifadə etmək çox çətindir. Bu uğur Azərbaycanın müsiqi mədəniyyətinin zənginliyinin, mədəniyyətimizin inkişafının əsl təzahürü idi. Ölkəmizin təmsilşilərinin beynəlxalq müsabiqələrdə belə layiqli yer qazanmaları, o cümlədən bir çox mötəbər tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi dünya ictimaiyyətinə bir daha onu sübut edir ki, Azərbaycan sivil, mədəni və demokratik bir dövlətdir. Bütün bunlarla yanaşı digər ölkələrdə yaşayan azərbaycanlılar kimi Norveçdə yaşayan həmvətənlərimizi də bir məsələ narahat edir-Qarabağ problemi. Osloda bu sahədə, Azərbaycanın haqq səsinin yerli ictimaiyyətə catırılmasında mümkün olan bütün işlər görülür. Mən inanıram ki, çox yaxın bir gələcəkdə dünya azərbaycanlılarının həmrəyliyi və ölkəmizin qüdrətlənməsi sayəsində bu problem öz həllini tapacaq, illər boyu torpaqlarından köçkün düşmüş vətəndaşlarımız öz doğma yurd-yuvalarına dönəcəklər. Bir xankəndili kimi, Qarabağda böyüyüb, boya-başa çatan bir azərbaycanlı kimi bu mənim ən böyük arzumdur. Və yeri gəlmişkən fürsətdən istifadə edib bütün soydaşlarımızı, o cümlədən Azərbaycanda yaşayan dostlarımı, doğmalarımı qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Biz nə qədər uzaqda yaşasaq da ürəyimiz həmişə Azərbaycanladır”.


İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir