Modern.az

Fəlakət zonasında 15 uşaq, 12 hamilə qadın hospitallaşdırılıb

Fəlakət zonasında 15 uşaq, 12 hamilə qadın hospitallaşdırılıb

14 May 2010, 10:12

Kür çayının daşması ilə əlaqədar sel basmış rayonlarda yaranmış gərgin vəziyyət yaranıb, ətraf ərazilər suyun altında qalıb, yaşayış məskənləri dağılıb, əhali evakuasiya edilərək çadırlarda yerləşdirilib. Fəlakət zonasında əhali narahatdır, deyirlər vəziyyət belə qalsa havalar isinən kimi yoluxucu xəstəliklər yayılacaq. Səhityyə Nazirliyi isə bəyan edib ki, zərərçəkmiş bölgələrdə yoluxucu xəstəliklərin qarşısının vaxtında alınması məqsədilə işlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən nazirlikdə xüsusi qərargah yaradılıb. Qərargaha sədrlik nazir müavini Abbas Vəlibəyova tapşırılıb. Xüsusi tədbirlər planı təsdiqlənib. Plana əsasən zərər çəkmiş rayonlara tibbi-profilaktik və sanitariya - əksepidemik tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq müvafiq mütəxəssislər, o cümlədən infeksionist, pediatr və epidemioloqların ezam olunduğu, zərərçəkmişlərə ilk gündən etibarən ərzaq, geyim, yataq dəstləri, dərman və sarğı ləvazimatları aparıldığı bildirilir. Nazirlikdən deyiblər ki, əhaliyə verilən içməli suyun zərərsizləşdirilməsi məqsədilə su təmizləyici qurğularında reagentlərin və xlorun azalmayan ehtiyatı təmin edilib, əhalinin istifadə etdiyi acıq su kəmərlərində vəba vibrionlarına qarşı müayinələr təşkil olunub. Səhiyyə Nazirliyinin mütəxəssislərinin növbəli şəkildə bölgələrdə qalaraq oradakı epidemik vəziyyəti daim nəzarətdə saxladıqları qeyd olunur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, təkcə dünən gün ərazidə 3 dəfə dezinfeksiya işləri aparılıb, 600 nəfər müayinədən keçib, 25 nəfər hospitallaşdırılıb. Onlardan 15 uşaq, 12-si hamilə qadındır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, vəziyyətlə əlaqədar olaraq fəlakət zonasında ümumilikdə 5 həkim məntəqəsi, 23  səyyar briqada fəaliyyət göstərir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?