Modern.az

Çavuşoğlu:”Alt komitə Minsk qrupunu əvəz etməyəcək”

Çavuşoğlu:”Alt komitə Minsk qrupunu əvəz etməyəcək”

14 May 2010, 10:26

Avropa Şurası Parlament Assambleyasının Qarabağa dair alt komitəsi ATƏT-in Minsk qrupunu əvəz etməyəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə AŞPA sədri  Mövlud Çavuşoğlu İrəvanda Ermənistan parlamentinin spikeri Ovik Abramyanla keçirdiyi görüşdə bildirib.  Çavuşoğlu AŞPA sədri seçilənə qədər də alt komitənin yaradılması məsələsinin təşkilatın gündəmində olduğunu deyib. 

Çavuşoğlu bəyan edib ki,  Qarabağ məsələsinin həlli problemini Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri  ilə müzakirə etmək niyyətindədir.

“AŞPA sədri postunu qəbul etdikdən sonra mən hər iki tərəfin fikirlərini dinlədim, hər iki ölkənin qurumdakı nümayəndə heyətləri ilə qeyri-formal görüşlər keçirdim. Biz qeyri-formal görüşləri davam etdirmək barədə razılığa gəldik” deyən Çavuşoğlu əlavə edib ki, AŞPA-nın Qarabağ məsələsi üzrə dəqiq mövqeyi 2005-ci ildə qəbul olunmuş 1416 saylı qətnamədə əksini tapıb.    

Çavuşoğlu bəyan edib ki, AŞPA qondarma “DQR”-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə müşahidəçi missiya göndərməyəcək. Onun sözlərinə görə,  “DQR”   bu barədə AŞPA-ya sorğu göndərib, lakin AŞPA Bürosu ermənilərin sorğusunu rədd edib. “AŞPA dondurulmuş münaqişələr bölgəsinə müşahidəçi göndərmir”,-deyə Çavuşoğlu bildirib.

Erməni mətbuatının məlumatına görə, Çavuşoğlu İrəvan təmaslarında müxalifət liderlərindən, jurnalist Paşinyanın da məsələsini  qaldırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu