Modern.az

Qarabağ Universitetinin yeni korpusları YARADILIR

Qarabağ Universitetinin yeni korpusları YARADILIR

Təhsil

10 Dekabr 2024, 13:30

Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır.

Modern.az xəbər veirr ki, bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Şuşa şəhərində başlamaqla, 2026-cı ilin sentyabrına planlaşdırılmaqla Musiqi və incəsənət, Turizm fakültələri üçün bina inşa olunacaq:

“Bununla yanaşı, 2025-2026-cı ildə başlamaqla, 2027-ci ilin sentyabrında Kənd təsərrüfatı fakültəsi üçün Xocalı şəhərində binanın istifadəyə verilməsi planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində hər hansı korpusunun olması nəzərdə tutulmur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq