Modern.az

"Azercell" fəlakət zonasının hər bir abunəçisinə 500 kontur verib

"Azercell" fəlakət zonasının hər bir abunəçisinə 500 kontur verib

14 May 2010, 10:57

“Azercell” şirkəti Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində fəlakət zonasına çevrilən Zərdab, Kürdəmir, Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, Biləsuvar, Ağsu rayonlarının sakinləri ilə bağlı xeyriyyə aksiyası keçirib.
Modern.az xəbər verir ki, şirkətin məlumatına görə, zərərçəkmiş ərazilərin əhalisinə dəstək olmaq məqsədilə və təbii fəlakətdən əziyyət çəkən insanlara yardım göstərmək üçün həmin bölgələrdə yaşayan “Azercell” abonentlərinin hər birinin nömrəsinə 500 kontur yüklənilib. Aksiya ümumilikdə 136 min 600 abonenti əhatə edib.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir