Modern.az

Trampın oğlundan bitkoinlə bağlı proqnoz

Trampın oğlundan bitkoinlə bağlı proqnoz

11 Dekabr 2024, 09:51

Donald Trampın oğlu Erik Tramp bitkoinlə bağlı maraqlı açıqlama verib.

Modern.az xəbər verir ki, Erik Tramp, Abu-Dabidə keçirilən Bitcoin MENA konfransında çıxış edərək, kriptovalyutalara güclü dəstəyini bildirib və bitkoinin 1 milyon dollara çatacağına inandığını qeyd edib. O, atasının kripto sahəsini həddindən artıq tənzimləmələrdən və yüksək vergilərdən qoruyacağını, ABŞ-ı isə rəqəmsal inqilabın lideri edəcəyini vurğulayıb.

Erik Bayden administrasiyasının kriptovalyutalara qarşı sərt mövqeyini tənqid edib. O, atasının bitkoinin  dəyərini artırmaqda mühüm rol oynadığını və bunun nəticəsində kripto bazarının 1 trilyon dollar dəyər qazandığını bildirib.

 Oğul Tramp ailəsinin kriptovalyutaları dəstəkləməyə və ənənəvi maliyyə institutlarına qarşı mübarizə aparmağa davam edəcəyini söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir