Modern.az

Bu il ali məktəblərə 30 min 810 tələbə qəbul ediləcək

Bu il ali məktəblərə 30 min 810 tələbə qəbul ediləcək

14 May 2010, 13:06

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali məktəblərə dövlət sifarişli yerlər və sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dövlət sifarişli yerlə bağlı məlumat mayın 17-də TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Həmçinin “Abituriyent” jurnalının növbəti sayında da bu barədə məlumat dərc olunacaq.

“Bakalavr pilləsi üzrə yerlərin sayı 30 min 810-dur.  Bunun da 10 min 529-u dövlət sifarişli yerlərdir. Bu da ümumi planın 34 faizinini təşkil edir. Qruplar üzrə isə yerlər müxtəlifdir. 1-ci qrupda 9 min 639 yerin 4 min 196-sı dövlət sifarişlidir. Bu da ümumi planın 43 faizini təşkil edir. 2-ci qrupda 7 min 448 yerdən 2 min 50 yer, 3-cü qrupda 9 min 980 yerdən 2 min 804 yer , 4-cü qrupda isə 3 min 843 yerdən 1479 yer dövlət şifarişli yerlərdir. 2-ci və 3-cü qrupda daha yüksək, 1-ci qrupda isə ən aşağı müsabiqə vəziyəti olacaq. Dövlət sifarişli yerlər daha çox texniki ixtisaslarla bağlıdır”.

Məleykə Abbaszadə bildirib ki, magistrturaya qəbulda da dövlət şifarişli yerlər mövcuddur.

“Magistraturaya qəbulda 5 min 207 yerdən 2 min 71 yer dövlət sifarişli yerlərdir. Bu da ümumi planın 40 faizini təşkil edir”.

Abituriyentlərin sənədlərinin təsdiqinə gəlincə, TQDK sədri qeyd edib ki, bu günə olan nəticələrə görə, 71 min abituriyent ərizə verib. Onlardan 54 mini isə sənədlərini təsdiq etdirib.

“Keçən il də göstəricələr bu səviyyədə idi. Rus bölməsi üzrə Azərbaycan dili fənnindən imtahan vermək üçün 11 min 287 nəfər ərizə verib. 10 min 594 nəfəri isə təsdiq etdirib. Həmin abituriyentlərin saat 6 –ya qədər vaxtları var gəlib sənədlərinin təsdiq etdirsinlər. Rusiya Federasiyasının ali məktəblərinə qəbu üçün 110 nəfər qeydiyyatdan keçib. Xüsusi qabiliyyət imtahanlarında  iştirak üçün 1889 nəfər qeydiyyatdan keçib. Keçən il bu göstərici 6 min nəfər idi. Müdafiə Nazirliyinin Hərbi liseylərinə qəbul üçün 1141 nəfər qeydiyyatdan keçib. Bunun da 1014 nəfəri sənədlərinin təsdiq etdirib”.

M.Abbaszadə sınaq imtahanlarında abituriyentlərin fəal iştirak etdiyini söyləyib. “Növbəti sınaq imtahanında 32 minə yaxın abituriyent iştirak edəcək. İndiyə qədər isə 136 min 710 abituriyent sınaq imtahanlarında iştirak edib. 736 abituriyent isə virtual olaraq sınaq imtahanlarında iştirak edib”.

Olimpiada qabiliblərinin imtahan vermədən ali məktəblərə qəbuluna gəlincə M.Abbaszadə bildirib ki, Ədliyyə Nazirliyinin rəyi məlum olandan sonra tam açıqlama veriləcək.

“Nazirlər Kabinentinin rəyi müsbətdir. “Təhsil haqqında” qanuna görə, Dünya çempionatalarının, Dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisasa uyğun olaraq dövlət sifarişli yerlərdə təhsil alacaqlar. Bu təsdiq edildikdən sonra həmin insanlar gəlib qeydiyyatdan keçməlidir”.

Təhminə Paşayeva 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı